4 Fevral 2022 13:33
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya məhkəməsi Ukrayna hərbi kəşfiyyatı üçün casusluqda ittiham olunan Konstantin Şirinqi 12 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, məhkəmə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti Konstantin Şirinqi casusluqda təqsirli bilib, onu ciddi rejimli koloniyada cəzasını çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edib.

“Krım Respublikası Ali Məhkəməsinin qərarı ilə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin agenti, Ukrayna vətəndaşı, 1960-cı il doğumlu Konstantin Şitinqə ciddi rejimli koloniyada cəza çəkməklə 12 il həbs cəzası verilib. Üçüncü Ümumi Yurisdiksiya Apellyasiya Məhkəməsi müdafiə tərəfinin verdiyi apellyasiya şikayətini təmin etməyib”, - Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatında deyilib.

Qeyd edək ki, FSB əməkdaşları Şirinqi 2020-ci ilin martında Krımda Ukrayna hərbi kəşfiyyatı üçün casusluq etdiyinə görə saxlayıb.

Bu xüsusi xidmətin göstərişi ilə hərəkət edən Şirinq Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasından şəxsləri Ukraynanın hərbi kəşfiyyatı ilə əməkdaşlığa cəlb edib. 2021-ci ilin iyulunda rusiyalı qadın dövlətə xəyanətdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Şirinqlə bağlı onun Krım Respublikası ərazisində yerləşən Cənub Hərbi Dairəsinin hərbi hissələri haqqında xeyli sayda müxtəlif məlumatların toplanması, saxlanması və Ukrayna tərəfinə ötürülməsində iştirakına dair hərtərəfli sübutlar toplanıb. o cümlədən dövlət sirri təşkil edən məlumatlar”, - FSB bəyan edib.


Müəllif: Nemət

Oxşar xəbərlər