NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi səylərinə və Rusiya-Ukrayna böhranının siyasi həllinə verdiyi dəstəyə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, NATO baş katibi Türkiyə lideri ilə telefon danışığı aparıb.
Stoltenberq Rusiya-Ukrayna gərginliyinə siyasi həllinin tapılmasında aktiv səylərinə və Ukraynaya güclü dəstəyinə görə Ərdoğana təşəkkür edib.
Ərdoğanla Rusiyanın Ukrayna sərhəddində möhkəmlənməsini müzakirə etdiklərini deyən Stoltenberq qeyd edib: “Ona siyasi həll yolu tapmaq üçün aktiv dəstəyi və şəxsi səyləri üçün təşəkkür etdim”.
Türkiyənin Ukraynaya güclü praktiki dəstəyini alqışladığını bildirən Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb.