PKK/YPG terror təşkilatının Suriya qanadı olan “Suriya Demokratik Qüvvələri”nin Londonda parlament binasından cəmi bir kilometr aralıda nümayəndəlik açıb.
Teleqraf.com xəbər verir ki, ofisin “Suriya Demokratik Qüvvələrinin Birləşmiş Krallıq Nümayəndəliyi” adı ilə açıldığı bildirilib.
Nümayəndəlik Massond Kasso və Məhəmməd Mustafa adlı iki Suriya əsilli İngiltərə vətəndaşı tərəfindən açılıb. Həmin şəxslərin bunun üçün icazəni necə aldıqları bəlli deyil.
Massond Kasso 2018-ci ilin avqustunda Suriyadan Türkiyəyə girməyə cəhd edib. Sosial şəbəkə hesabında PKK/YPG terror təşkilatının təbliğat apardığı aşkarlanan Kasso daha sonra ölkəyə buraxılmadan deportasiya edilib.
PKK-nı terror təşkilatı kimi tanıyan İngiltərə hökumətinin buna necə icazə verdiyi maraq doğurub.