16 Fevral 2022 08:05
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honduras polisi keçmiş prezident Xuan Orlando Hernandesi narkotik alveri ittihamı ilə həbs edib.

Teleqraf.com-un məlumatına görə, neçə müddətdir ki, ABŞ sabiq prezidentin həbsini tələb edirdi.

Narkotik və silah qaçaqmalçılığı ittihamı ilə ekstradisiyasını tələb etdiyi Hernandezin nəzarətə götürüldüyü anların görüntüləri yayımlanıb. Görüntülərdə keçmiş dövlət başçısının sıx təhlükəsizlik yoxlamaları altında əl-ayaqları bağlanaraq evdən çıxarıldığı görünür.

Məhkəmənin sözçüsü Melvin Duarte jurnalistlərə bildirib ki, Hernandes haqqında həbs qərarı çıxarılıb. Sözçü əlavə edib ki, Hernandez 24 saat ərzində hakim qarşısına çıxmalıdır.

Birləşmiş Ştatlar isə törətdiyi cinayətlərə görə Hernandezin ekstradisiyasını istəyir.

ABŞ Federal Prokurorluğu Hernandesi narkotik ticarətində fəal rol oynamaqda ittiham edib. Hernandezin qardaşı Juan Antonio Tony Hernandez 2021-ci ilin martında ABŞ-da narkotik və silah qaçaqmalçılığına görə məhkəmədə ömürlük həbs cəzasına məhkum edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər