16 Fevral 2022 16:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasındakı gərginlik davam edərkən, ABŞ-a məxsus Pilotsuz Uçuş Aparatının (PUA) Ukrayna ətrafındakı uçuşu beynəlxalq ictimaiyyətin gündəminə gəlib.

Teleqraf.com xəbər verir ki, “FlightRadar 24”ün paylaşdığı məlumatlarda İtaliyadan havaya qalxan ABŞ-ın “Global Hawk” model FORTE11 dronu Ukraynada kəşfiyyat uçuşu həyata keçirib.

Bu səhər uçuşa başlayan RQ-4A Global Hawkın quyruq nömrəsinin 04-2021 olduğu da qeyd edilib. ABŞ-ın İtaliyadakı bazasından qalxan PUA Ukrayna-Belarus sərhədindən Kiyevə, oradan isə Azov dənizinə doğru irəliləyib.

Ölçüsü və çəkisi ilə dünyanın ən böyük PUA-sı olan “Global Hawk” 32 saat havada qala bilir. 54 min 900 fut yüksəkliyə qalxan dronun izlədiyi yol beynəlxalq ictimaiyyətdə “ABŞ müharibənin başlayacağı iddia edildiyi gün bölgəni yaxından izləyir” şərhlərinə səbəb olub.

Qərb mətbuatında Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyi iddia edilirdi. Ukrayna isə bu tarixdə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunu qabaqcadan görmədiklərini bildirmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər