17 Fevral 2022 14:10
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya NATO missiyası çərçivəsində Estoniyadakı qüvvələrinin sayını iki dəfə artıracaq və Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsinə cavab olaraq bu ölkəyə silah, o cümlədən tanklar və zirehli döyüş maşınları göndərəcək.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya müdafiə naziri Ben Uolles deyib.

“NATO-dakı müttəfiqlərimizlə birlikdə Ukrayna ilə sərhəddə Rusiya hərbi qüvvələrinin artırılmasına cavab olaraq Avropanın müdafiəsini gücləndirmək üçün quru, dəniz və hava qoşunlarına əlavə qüvvələr cəlb edirik. NATO və digər müttəfiqlərimiz Ukraynaya müdaxilənin ciddi nəticələr verəcəyini bilirlər”, - nazir söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər