Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb.
Teleqraf.com xəbər verir ki, 58-ci dəfə təşkil olunan konfrans birillik aradan sonra üz-üzə formatda keçirilir.
Fevralın 20-dək davam edəcək konfransda 600-dək siyasətçi, işgüzar və elmi dairələrin nümayəndələri iştirak edəcək. Eyni zamanda 35 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
Qeyd edək ki, ötən il Münhen Təhlükəsizlik Konfransı onlayn formatda keçirilmiş və üç saat davam etmişdi.