“Rusiya və Türkiyənin hərbi rəsmiləri arasında Suriya məsələsi ilə bağlı yaxşı münasibətlər var”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
Boqdanov “Valday” Klubunda Yaxın Şərqlə bağlı çıxışında Türkiyə-Rusiya münasibətlərindən danışıb.
Suriya mövzusunda iki ölkə arasındakı əlaqələrin effektli şəkildə inkişaf etdiyini söyləyən Boqdanov bildirib: “Dialoqumuz və birgə fəaliyyətimiz davam edir. Bu, təkcə siyasi müstəvidə deyil, hərbi səviyyədə də olur”.
Boqdanov həmçinin qeyd edib ki, Rusiyanın Suriyadakı Xmeymim hərbi hava bazasının komandirləri Türkiyənin hərbi rəsmiləri ilə effektli və sıx əlaqələrə malikdir.