Rusiya tərəfindən Ukraynaya qarşı hərbi əməliyyata başlaması ilə əlaqədar Prezident Vladimir Zelenski hökumət rəhbərliyi, müdafiə və iqtisadi sektorların rəhbərləri ilə təcili iclas keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Ukraynada və onun sərhədlərində mövcud təhlükəsizlik vəziyyəti, o cümlədən Rusiya silahlı qüvvələrinin dəf edilməsi üçün təhlükəsizlik və müdafiə qüvvələri tərəfindən görülən tədbirlər haqqında aktual məlumatlar dinlənilib”, - açıqlamada deyilib.
Qeyd olunub ki, prezident Rusiya təcavüzünə son qoymaq üçün beynəlxalq koalisiya yaratmaq üçün dünya liderləri ilə danışıqlar aparır.