Ukraynanın Türkiyədən boğazların bağlanması tələbini dəyərləndirən xarici işlər naziri Mövlud Çavuşoğlu Montro müqaviləsinin maddələrini xatırladaraq bildirib ki, boğazlar Rusiya üçün tamamilə bağlana bilməyəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi təmasda olduğu Qazaxıstanın paytaxtı Nur Sultanda Ukrayna böhranını dəyərləndirib.
Çavuşoğlu Rusiyanın ilhaqına qarşı olduqlarını və bölgədə müharibə istəmədiklərini bildirib: “Türkiyənin bu məsələdə mövqeyi əvvəldən bəllidir. Hər ikisi ilə yaxşı münasibətdə olan bir dövlət olaraq gərginliyi azaltmaq üçün əlimizdən gələni etdik. Biz ilhaqın və ya müharibənin, qondarma respublikaların tanınmasının əleyhinəyik. Biz ərazi bütövlüyü məsələsini dəstəkləyirik. Balanslı, lakin ədalət və beynəlxalq hüququn lehinə olan prinsipial mövqeyimizi davam etdirəcəyik”.
Kiyevin Türkiyədən boğazları rus gəmilərinin üzünə bağlaması tələbinə gəldikdə Mövlud Çavuşoğlu bildirib ki, Montro müqaviləsinin maddələri çox aydın yazılıb: “Türkiyə indiyə qədər hər dəfə Montro müqaviləsini tərəddüd etmədən həyata keçirib. Yəni, Türkiyənin tərəf olmadığı müharibə və müharibədə iştirak edən ölkələrə qarşı görülə biləcək tədbirlər.Türkiyə tranziti dayandıra bilər. Amma Montro konvensiyasında başqa bir şey də var. Əgər döyüşən ölkələrin gəmilərinin öz bazalarına qayıtması tələbi varsa, o zaman buna icazə verilməlidir. Müharibə vəziyyəti olandan sonra ekspertlərimiz bunun üzərində işləyir. Ukrayna bunu bütün ölkənin işğal edilməsi kimi qiymətləndirir. Müharibə vəziyyətini qanuni qəbul etsək, bu proses başlayacaq. İkincisi, biz müharibə vəziyyətini qəbul etsək, Montro kontekstində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma biz bunu qadağan etsək də, rusların bəlli hüququ hüququ var. Müqavilə imzalanarkən Rusiyanın öz bəndi var idi-19, 20 və 21-ci maddələr. Bu maddələrə əsasən onun gəmiləri öz bazasına qayıtmaq tələbi ilə keçmək istəyirsə, buna icazə verilir”.