28 Fevral 2022 00:46
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.

Bu barədə Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.

Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün Beynəlxalq Olimpiya Komitəsi və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər