Rus Vagner qrupu Ukrayna prezidenti Zelenski və hökumətindəki bəzi şəxslərə sui-qəsd təşkil etmək üçün 400-dən çox muzdlu döyüşçüsünü Kiyevə göndərib.
Teleqraf.com xəbər verir ki, bunu Vaqnerinin fəaliyyətini izləyən bir qaynaq Britaniyanın “The Times” qəzetinə deyib.
Vaqnerin fəaliyyəti ilə bağlı məlumatlı mənbə qeyd edib ki, yanvar ayında Ukraynaya 2000-4000 arasında muzdlu müxtəlif missiyalarla gəlib.
Onların əksəriyyəti Ukraynanın şərqindəki separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərinə göndərilib.
Zelenskini məhv etmək vəzifəsi daşıyan 400 nəfər isə Belarusdan Kiyevə yola düşüb.
İddiaya görə, sözügedən qrup Zelenskini və hökumət rəsmilərini mobil telefonlar vasitəsilə izləyib və onların harada olduqlarını bilir.