28 Fevral 2022 15:14
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya nümayəndə heyətinə Kiyevlə danışıqlar aparmaq üçün Qomeldə qalmağı təklif edib və Rusiya rəhbərliyi bununla razılaşıb.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.

“Ukrayna Prezidenti ilə söhbətdən sonra Belarus Prezidenti Rusiya liderinə zəng edib. O, Rusiya nümayəndə heyətinin Qomeldə qalmasını və danışıqları sonrakı tarixə təxirə salmağı təklif edib. Vladimir Putin Aleksandr Lukaşenkonun təklifini dəstəkləyib”, - deyə Eysmont “RİA Novosti”yə bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər