Türkiyədə həyata keçirilən “AKINCI” layihəsi çərçivəsində “Baykar” şirkəti tərəfindən tamamilə yeni modeldə hazırlanan “Bayraktar AKINCI” TİHA-nın (Taarruzi İnsansız Hava Aracı-pilotsuz zərbə aparatları) B modelinin ilk test uçuşu müvəffəqiyyətlə yerinə yetirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə paylaşım edib.
Bayraktar AKINCI B sinfinin ən güclü və döyüş qabiliyyəti ən yüksək döyüş təyyarəsi kimi xidmət edəcək.
Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən Tədris və Test Mərkəzində həyata keçirilən sınaq uçuşu zamanı bu TİHA 1 saat 16 dəqiqə havada qalıb.