İsrail Prezidenti İsaak Hersoq martın 9-da Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Prezidenti Administrasiyası məlumat yayıb.
Hersoq xanımı ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iki günlük Ankaraya rəsmi səfər edəcək.
Ankarada Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılanacaq Hersoq Ərdoğanla görüşəcək.
Səfər çərçivəsində liderlər müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail-Türkiyə münasibətlərini, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə edəcəklər.