11 Mart 2022 12:32
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukrayna insanların təxliyəsi üçün humanitar dəhlizləri yenidən açacaq. Humanitar yüklərin Zaporojyadan Mariupola çatdırılması planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.

Xanım nazir bildirib ki, bu gün Mariupol, Polohı, Volnovaxa, Enerqodar, İzyum və Kiyevə yaxın bir sıra şəhərlərdən humanitar marşrutlar açılacaq.

Əsas marşrutlardan biri Mariupoldan Zaporojye istiqamətindədir.

“Bütün marşrut boyunca məcburi minatəmizləmə aparılacaq. Humanitar yardım karvanı və Mariupol şəhərinə avtobuslar Zaporojya şəhərindən yola düşəcək. Biz gözləyirik və ümid edirik ki, marşrut bu gün işləyəcək”, - İrina Vereşçuj bildirib.

Ukrayna rəsmisi deyib ki, onlar humanitar dəhlizlərin yeni marşrutlarını inkişaf etdirir: “Bu da lazımi dərmanları, suyu, məhsulları Xerson vilayətinə, Çerniqov vilayətinə, Xarkov vilayətinə və çox ehtiyacı olan digər ərazilərə çatdıracaq.

Bu gün işləməsi gözlənilən humanitar dəhlizin digər marşurutları aşağıdakılardır:

Poloqidən Zaporojye istiqamətində,

Volnovaxadan Pokrovsk istiqamətində,

Enerqodardan Zaporojyeyə,

Kişmişdən Lozovaya qədər,

Kiyev yaxınlığındakı Buçadan,

Gostomeldən Kiyevə,

Kazaroviçi kəndindən Kiyevə,

Mikuliçin şəhərindən Kiyevə,

Andrevkadan Jitomirə qədər,

Makarovdan Jitomirə,

Borodyankadan Jitomirə.

Xatırladaq ki, martın 9-10-da işğal olunmuş və ya böhranlı yaşayış məntəqələrindən 100 minə yaxın insan təxliyə edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər