Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.
Məlumata görə, fevralın 24-dən martın 16-dək 3 milyon 169 min 897 ukraynalı ölkənin qonşu dövlətlərlə sərhədlərini keçib.
Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya gedib. Siyahıda ikinci və üçüncü yerdə Rumıniya və Moldova qərarlaşıb.
Bununla yanaşı, fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 50 min nəfər Rusiya ərazisinə keçib.