18 Mart 2022 22:43
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Skott Berrier bəyan edib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müqaviməti qıra bilməsə, Prezident Vladimir Putin nüvə silahı ilə hədəyə keçə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Skott Berrier deyib.

“Blumberq”in məlumatına görə, Berrierin 67 səhifəlik hesabatında müharibənin uzanacağı təqdirdə, Rusiya ordusunun canlı qüvvə və müasir silah ehtiyatının tükənməyə başlayacağı və sanksiyaların iqtisadiyyata təsirinin daha da hiss olunacağı bildirilib.

“Bu müharibə və onun nəticələri Rusiyanın ənənəvi gücünü yavaş-yavaş zəiflətdiyinə görə çox güman ki, Rusiya həm daxildə, həm də xaricdə “əzələ nümayiş etdirmək” üçün nüvə hədəsinə keçəcək”, - Berrier qeyd edib.

O, Rusiyanın bu yola öz tələblərinin həyata keçməsinə şərait yaratmaq üçün əl ata biləcəyini deyib.

Hesabatda müharibə və iqtisadi sanksiyaların Rusiyanın dəqiq idarə olunan raketlər istehsal etmək imkanlarına da mənfi təsir göstərəcəyi bildirilib.

Putin keçən həftələrdə nüvə silahı ilə bağlı xəbərdarlıq səviyyəsini yüksəltdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər