19 Mart 2022 13:03
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb ölkələri ABŞ-la birlikdə Ukraynaya silah tədarükü və ya muzdluların göndərilməsinə deyil, əhali üçün humanitar yardımın edilməsinə pul xərcləməlidir”.

Teleqraf.com xəbər verir ki, bu fikri şənbə günü Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib.

Onun fikrincə, Qərb ölkələri ABŞ-la birlikdə sülh istəyirlərsə, vəsaiti hərbi təchizata deyil, əhaliyə humanitar yardıma yönəltmək düzgün olardı: “Bu gün BMT-nin qətiyyətli olması və ikili standartlara əsaslanmaması lazımdır. Əgər siz mümkün qədər tez sülh istəyirsinizsə, dərhal qərarlar qəbul edin. ABŞ və NATO ölkələri Ukraynaya silah tədarükünü və muzdlu əsgər göndərməyi dayandırmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər