19 Mart 2022 17:46
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanı GPS-dən ayırmağı düşünür.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə “Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib.

Bildirilir ki, “Roskosmos” 2022-ci ildə təxminən 20 buraxılış keçirməyi planlaşdırır. Roqozin deyir ki, kosmodromun buraxılış sahəsi əbədi olaraq qorunub saxlanıla bilər.

O əlavə edib ki, ölkədə “QLONASS” olduğu üçün narahat olmağa dəyməz.

“Bilirdinizmi ki, bu gün sanksiyalar çərçivəsində ABŞ Rusiyanı GPS-dən ayırmaq imkanını nəzərdən keçirir? Sizə deyə bilərəm ki, belə bir məsələyə baxılır” deyən Roqozin qeyd edib ki, bununla bağlı gərginləşmək lazım deyil: “Çünki hər bir smartfonun “QLONASS” sisteminə çıxışı var. Rusiya sistemi də eyni dəqiqliyə malikdir”.


Müəllif: Nemət

Oxşar xəbərlər