22 Mart 2022 13:49
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskiyə və ailəsinə ölkəsində sığınacaq təklif etdiyini, amma onun bunu rədd etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir təklifin nə vaxt edildiyini deməyib.

“Vladimir həmişə açıqfikirli olub, onun Ukrayna xalqı qarşısında borcu var, orada qalacaq, onların qayğısı ilə məşğul olacaq. Ona heyran olduğumu deməliyəm”, - Conson söyləyib.

Baş nazir həmçinin Zelenskini xalqını bir araya gətirmək və dünyanı hərəkətləndirmək yolunda “qəhrəman müharibə lideri” kimi təsvir edib.

ABŞ Prezidenti Co Bayden də hücumun başlamasından sonra Zelenskini Kiyevdən çıxarmağı təklif edib, amma Ukrayna lideri amerikalı həmkarına “Mənə qaçmaq yox, sursat lazımdır” cavabını verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər