Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəməndəki ərəb koalisiyası Sənada “Ənsar Allah” (husilər) üsyançı hərəkatının yığma qoşunlarının düşərgələrinə və məntəqələrinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu, koalisiyanın Husilər üçün Əl-Hodeyda, Salif və Səna hava limanlarından silahların çıxarılması üçün təyin etdiyi müddət bitdikdən sonra baş verib. Koalisiya mülki şəxslərə “Əl-Hodeydadakı neft və digər qurğulardan, Sənanın Hadda məhəlləsindəki silah anbarlarından və Husilərin sığınacaqlarından uzaq durmağa” xəbərdarlıq edib.
Bildirilib ki, husilər Yəmən paytaxtının bu diplomatik ərazisindən silah ehtiyatı saxlamaq üçün istifadə edir və mülki əhalinin arxasında gizlənirlər.