27 Mart 2022 18:10
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi, briqada generalı Kirill Budanov hesab edir ki, Vladimir Putin Ukraynaya “Koreya” ssenarisi tətbiq etməyə cəhd edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Kiyev yaxınlığındakı uğursuzluqlardan və Ukraynanın mərkəzi hökumətini devirməyin mümkünsüzlüyündən sonra Putin artıq əsas əməliyyat istiqamətlərini - cənub və şərq istiqamətlərini dəyişir. Onun Ukrayna üçün “Koreya” ssenarisini nəzərdən keçirdiyini deməyə əsas var. Əslində bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir. Axı o, mütləq bütün dövləti udmaq iqtidarında deyil”, - Budanov bildirib.

O əmindir ki, işğal olunmuş Krıma quru dəhlizinin yaradılması məsələsi Rusiya rejimi üçün hələ də aktualdır: “Amma bu planın həyata keçirilməsi üçün əsas problem sarsılmaz Mariupoldur”.

Ukrayna kəşfiyyatının rəhbəri həmçinin əlavə edib ki, işğalçılar işğal olunmuş əraziləri vahid kvazi dövlət qurumunda birləşdirməyə çalışacaqlar.


Müəllif: Nemət

Oxşar xəbərlər