Türkiyənin şərqində 3,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Elazığ şəhərindən 32 kilometr cənubda, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.