Avstraliya polisi öz uşağını öldürməyə cəddə şübhəli bilinən qadını saxlayıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı qadının günahı sübuta yetirilib. Məlum olub ki, qadın öz körpəsini 2,5 metr dərinliyində olan xəndəyə qoyub və oranı tərk edib.
Təxminən 5 gün müddətində sağ qalan körpə uşağı velosipedçilər aşkar edərək, polisə təhvil verib. Xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.
Hazırda uşağın 5 gün müddətində bu şəraitində necə sağ qalması, eləcə də ananı bu hərəkətə vadar edən səbəblər araşdırılır.
Samir