29 Mart 2022 10:58
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşdən əvvəl açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyənin tərəflər arasındakı vasitəçilik səylərinə də toxunub.

Türkiyə lideri deyib:

“Qarşıdurma bizi çox kədərləndirir. Sülhün bərqərar olması üçün səylərinizə töhfə verməkdən məmnunuq.

Müharibənin uzadılması heç kimin xeyrinə deyil.

Biz bütün beynəlxalq platformalarda hər iki tərəfin (Rusiya-Ukrayna) hüquqlarını, qanunlarını və həssaslıqlarını qoruyan ədalətli yanaşma nümayiş etdirmişik.

Bölgəsində çoxlu əzabların şahidi olmuş bir ölkə olaraq, Qara dənizin şimalında oxşar mənzərənin yaşanmaması üçün çalışırıq və mübarizə aparırıq.

Sülh və sabitlik üçün məsuliyyətdən qaçmadıq. Tezliklə atəşkəsə nail olmaq hər kəsin marağındadır.

Bütün dünya sizdən xoş xəbərlər gözləyir. Liderlərinizin rəhbərliyi ilə siz sülh üçün zəmin hazırlayırsınız”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər