29 Mart 2022 22:58
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarı, xüsusən də pandemiya və Ukrayna-Rusiya müharibəsi ilə ciddi silkələnməyə məruz qaldığı vaxt, demək olar ki, bütün ölkələrdə yaşayış bahalaşması baş qaldırıb. Bu ölkələrdən biri də Fransadır.

Teleqraf.com xəbər verir ki, ölkəsinin Dijon şəhərinə səfər edən Fransa Prezidenti Emmanuel Makron bahalaşmaya etiraz edən vətəndaşın üsyanı ilə qarşılaşıb.

Ümumilikdə ayda cəmi 8 min avro qazandığını bildirən Fransa vətəndaşı Makrona belə etiraz edib:

“Həyat yoldaşımla ayda 4 min avro qazanırıq. Ayın beşində bütün xərclərimi və evin kreditlərini ödədikdən sonra hesabımda sıfır avro qalır. Belə olan tək mən deyiləm. Dostlarımın çoxu da eyni vəziyyətdədir və bu normal deyil”.

Makron vətəndaşa cavab olaraq qaz və yanacaq qiymətlərini əsas gətirib:

“Bu vəziyyətin heç bir resepti yoxdur. Qaz və yanacağın baha olmasına qarşı çarəmiz yoxdur. Çünki biz istehsal etmirik, nə edə bilərik? Yeganə həll yolu ucuz almaqdır, bu bir az texnikidir, amma buna görə də Avropa ölkələri birlik əldə etmək üçün birləşiblər. Rusiyadan enerji asılılığımızı kəsərək, qiymətlərin düşəcəyinə ümid edirəm”.

Fransa prezidentinin vətəndaşa cavabı ölkəsində müzakirə yaradıb, etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər