Misirdə noyabrın 28-də "Müsəlman Gəncliyin Əzilməsi Günü" adı altında aksiya keçirmək istəyən sələfilərin 5 nümayəndəsi həbs edilib.
Teleqraf.com xəbər verir ki, Qahirədə sələfilərin səlahiyyətli nümayəndələri saxlanılıb.
Müsəlman Qardaşları Təşkilatından (İhvan) sonra Misirdə ən geniş sosial bazaya malik olan "Sələfi Cəbhəsi" noyabrın 28-ni müsəlman gənclərinin əzilməsi günü kimi qeyd edir.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Hani Abdullatif daha öncə verdiyi açıqlamada 28 noyabrda aksiya planlaşdıran "İhvan və təkfirci ünsürlərə" qarşı tədbirlər görüləcəyini deyib.
Ayxan