25 Noyabr 2014 22:06
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rakka inqilabçıları komandiri Əbu İbrahim Azad Suriya Ordusu və peşmərgə qüvvələrinin Kobaninin 90 faizinə nəzarəti ələ keçirdiyini bildirib.

Axar.az xəbər verir ki, İbrahim 2 aydır davam edən qarşıdurmalar nəticəsində İŞİD-in xeyli itki verdiyini deyib.


Şəhərin mərkəzində qarşıdurmaların baş vermədiyini vurğulayan İbrahim Kobaninin şərqindəki sənaye bölgəsinin də ələ keçirildiyini qeyd edib.


Bölgədə terrorçulara qarşı mübarizə aparanlardan Mustafa Əbu Rəşid ABŞ liderliyində koalisiya qüvvələrinin Kobanidən kənarda yerləşən İŞİD mövqelərinin bombaladığını bildirib.


Müəllif:

Oxşar xəbərlər