26 Noyabr 2014 14:25
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının İraqın Kərkük şəhərindəki elektrik stansiyasına neft daşıyan boru xəttini partlatması nəticəsində güclü yanğın baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri hadisə nəticəsində can itkisinin olmadığını bildirirlər.

Digər tərəfdən Kərkükün 12 kilometr cənubundakı Məktəb Xalid və Telelverde bölgəsində könüllü kürd qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İŞİD-in 20 döyüşçüsünün öldürüldüyü açıqlanıb. Rəsmilər hücumlar zamanı İŞİD-ə məxsus zirehli texnikaların da məhv edildiyini qeyd edirlər.

Samir


Müəllif: