1 May 2022 23:56
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli jurnalist Marqarita Simonyanın keçmiş SSRİ Xalq artisti Alla Puqaçova və onun beşinci əri, yumorist Maksim Qalkini Ukraynada müharibə başlayan kimi Rusiyanı tərk etməkdə ittiham edib. Rusiyanın Xalq artisti Filipp Kirkorov həmkarlarının müdafiəsinə qalxıb və Simonyana sərt cavab verib.

Teleqraf.com xəbər verir ki, müğənni Marqaritanı yalan danışmaqda ittiham edib.

"Bir insanı və onun ailəsini açıq şəkildə təhqir etmək üçün əlində şam tutmusan? Alla və Maksimin övladları sənə necə baxmalıdır? Bir insana necə cəsarətlə böhtan atırsınız? Necə cəsarətlə xalqı alçaldırsınız? Sənə kim bu haqqı verib?! Marqarita, sən bizim ölkənin ruporunun baş redaktorusan və nifaq salmağa haqqın yoxdur. Hər birimizin günahları var, biz müqəddəs deyilik!", deyə Kirkorov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər