Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
"Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub", - deyə Nazirlikdən bildirilib.