3 May 2022 18:17
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və Sergey Lavrovun Hitlerin yəhudi mənşəyi ilə bağlı sözlərinə görə üzr istəməsi tələb olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb:

“Moskva ilə münasibətlərin sürətlə pisləşməsindən sonra İsrail Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq üzr istəməsini (antisemit bəyanatlarına görə – red.) tələb edib”.

Qeyd olunub ki, İsrail Baş naziri Naftali Bennet Lavrovun açıqlamasını “yəhudilərin özlərini onlara qarşı törədilmiş tarixin ən dəhşətli cinayətlərində ittiham etmək üçün hazırlanmış yalan” adlandırıb.

İsrail Xarici işlər naziri Yair Lapid də Lavrovu tənqid edərək, onu irqçiliyin ən aşağı səviyyəsində olmaqda ittiham edib.

“Ukraynalılar nasist deyillər. Yalnız nasistlər nasist olub və yalnız onlar yəhudilərin sistemli şəkildə məhv edilməsi ilə məşğul olublar”, - Lapid söyləyib.

Lavrov bundan əvvəl İtaliyanın “Mediaset” telekanalına müsahibəsində bildirmişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenski kimi, Hitlerin də yəhudi qanı olub və ən radikal antisemitlər bir qayda olaraq, yəhudilərin arasından çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər