3 May 2022 23:39
4 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Sergey Lavrovun “Rete 4” telekanalına müsahibəsi Rusiya Xarici İşlər Nazirliyinin yox, italyan jurnalistlərin təşəbbüsü ilə olub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İtaliya vətəndaşlarının həqiqəti bilmələrini istəyirəm. Çünki İtaliya siyasətçiləri öz ictimaiyyətilərni çaşdırırlar”, – Zaxarova Lavrovu tənqid edən İtaliya Baş naziri Mario Draqiyə cavabında söyləyib.

Zaxarova ajiotajın reklam kimi aparıcının təşəbbüsü ilə yayımlanan bir şey olduğunu bildirib. Eyni zamanda, onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə müsahibənin təşkili təşəbbüsü İtaliya tərəfdən gəlib.

“İtalyan jurnalistlər israrlı idilər, bütün baxış istiqamətlərinin göstərməyin vacib olduğunu dedilər. Nədə səhv edirlər?”, - Zaxarova deyib.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Moskva nə suallara, nə də müsahibənin yekun variantına dəyişiklik edib.

Bundan əvvəl Draqi Lavrovu “Rete 4” telekanalına müsahibəsində verdiyi açıqlamalara görə tənqid edib. Draqi Adolf Hitleri “yəhudi” adlandırmasına görə Lavrovu “ədəbsizlik”də günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər