Böyük Britaniya Ukraynadakı münaqişədən zərər çəkmiş ən həssas təbəqəyə 45 milyon funt sterlinq (57 milyon dollar) verəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi bildirib.
Bu vəsaitlərin BMT strukturlarına və humanitar təşkilatlara göndəriləcəyi vurğulanır.
15 milyon funt-sterlinq (19 milyon dollar) BMT-nin Ukrayna üzrə Humanitar Fonduna və BMT-nin Uşaq Fonduna müvafiq olaraq ianə olunacaq. Daha 10 milyon funt sterlinq (12,6 milyon dollar) Moldovada qaçqınlara kömək edən humanitar təşkilatlara, 5 milyon funt sterlinq (6,3 milyon dollar) isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına müvafiq olaraq veriləcək.