ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımı sadələşdirmək üçün mayın 9-da müvafiq qanun layihəsini təsdiqləyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.
Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.