“G7 liderlərinin bazar günü görüşü Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya təcavüzü və işğalı qarşısında ölkələrin birliyini göstərmək imkanıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.
Onun sözlərinə görə, liderlər Rusiyanın təcavüzü qarşısında birləşmək üçün fəaliyyətini davam etdirməkdə qərarlıdırlar.
Psaki qeyd edib ki, liderlər irəliyə doğru hərəkatda birləşmək üçün işi davam etdirmək əzmindədirlər.
“Birlik zəhmət, qan-tər və bəzən göz yaşı tələb edir. Çörçilin 1940-cı ildəki məşhur nitqinə istinadla orada “Qan, zəhmət, göz yaşı və tərdən başqa təklif edəcəyim heç nə yoxdur” ifadəsi var idi” - Cen Psaki əlavə edib.