8 May 2022 08:45
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taliban" hərəkatının ali lideri Heybətullah Axundzadə Əfqanıstanda qadınların üzünü örtmədən küçəyə çıxmağı qadağan edən fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xəbər verib.

Fərmanda deyilib ki, qadınlara burqanın (müsəlman qadının bədəni və üzünü örtən üst paltarı) "ənənəvi və hörmətli olduğu üçün" geyinməsi məcburidir.

Qadının fərmanı pozmasına görə məsuliyyət onun atasının və ya digər yaxın kişi qohumunun üzərinə düşür: onları işdən qovulmağa və ya həbsə qədər cəza gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər