9 May 2022 14:29
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə əlavə yardım göstərməyə hazır olduğunu təkrarlayıb və Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa, qoşunları çıxarmağa və sülh danışıqlarına başlamağa çağırıb.

Teleqraf.com rus mediasına istinadən bildirir ki, o, bu barədə Almaniyanın “Die Welt” qəzetinə bildirib.

“Mən bir daha Rusiya prezidenti Vladimir Putini mayın 9-da müharibəni dərhal dayandırmağa, qoşunlarını Ukraynadan çıxarmağa və sülh danışıqlarına başlamağa çağırıram”, - deyə Stoltenberq bildirib.

Eyni zamanda, o, iddia edib ki, keçmişdə olduğu kimi Moskva müntəzəm olaraq mayın 9-dan Qərb haqqında yalanlar yaymaq və NATO-nu tənqid etmək üçün istifadə edir.


Müəllif: Nemət

Oxşar xəbərlər