Polşanın paytaxtı Varşavada 9 May Qələbə Günü tədbirlərinə qatılan Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin üzünə qırmızı boya atılıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşanın paytaxtı Varşavada İkinci Dünya Müharibəsində həyatını itirmiş Sovet İttifaqı əsgərləri üçün tikilən məqbərədə keçirilən mərasimlərdə iştirak edib.
Andreyev abidənin önünə əklil qoyarkən bir qrup “faşist”, - qışqıraraq Rusiyaya və Andreyevə etiraz etməyə başlayıb.
Özləri ilə gətirdikləri qırmızı boyanı səfirin üzünə atan nümayişçilər şüarlarını davam etdirərkən, səfir mühafizəçilər tərəfindən mühasirəyə alınıb.
Rusiya səfirləri və diplomatları abidə önünə əklillər və qırmızı qərənfillər qoyduqdan sonra mərasimlər başa çatıb.