Hazırda Rusiya hərbçilərinin nəzarətində olan Ukraynanın Xerson şəhərinin mərkəzində güclü partlayışlar olub.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin müxbiri iddia edir ki, şəhər Ukrayna hərbçiləri tərəfindən atəşə tutulur. Agentlik aydınlaşdırıb ki, partlayışlar bir neçə dəqiqə eşidilib, əvvəlcə 6-dan çox silsilə partlayış olub.