13 May 2022 13:26
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ölkələrində Ukraynadan olan qaçqınların sayı 6 milyon nəfəri keçib, onların yarıdan çoxu Polşaya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə özünün rəsmi saytında Avropa İttifaqının Sərhəd Nəzarəti Agentliyi – “Frontex” məlumat yayıb.

“6 milyondan çox qaçqın Ukraynanı tərk edib. Onlardan 3 milyondan çoxu Polşaya, 1 milyondan çoxu isə Moldovaya gəlib. Əgər müharibənin ilk 10 günündə hər gün 125 minə yaxın insan Aİ sərhədlərini keçirdisə, indi onların sayı gündəlik 34 minə qədər azalıb”, - məlumatda deyilir. Saytdakı infoqrafikada Moldova 1,1 milyondan çox insanın keçdiyi tranzit ölkə kimi göstərilib. Belə ki, ukraynalı qaçqınlar Moldovadan keçərək Rumıniyaya daxil olurlar.

Bununla belə məlumatda son 10 gün ərzində hər gün orta hesabla 25 min ukraynalının Aİ-yə üzv ölkələrdən Ukraynaya geri qayıtdığı qeyd olunur. “Ümumilikdə, müharibə başlayandan bəri təxminən 1 milyon ukraynalı Ukraynaya geri dönüb”, - deyə agentlikin məlumatında bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər