Avropa İttifaqının xarici işlər nazirləri mayın 16-da keçiriləcək iclasda Rusiya neftinə embarqo qoyulmasını müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell bildirib.
O, həmçinin, tezliklə qərar qəbul olunacağına ümid etdiyini vurğulayıb.
“Biz iqtisadi sanksiyalarla Rusiyaya təzyiqi artıracağıq, dezinformasiyaya qarşı çıxmaq üçün Rusiyanın beynəlxalq təcrid olunması üzərində işləməyə davam edəcəyik”, - Borrell bildirib.
O, həmçinin razılığın əldə olunacağına əminliyini ifadə edib.
“Bu (razılaşma) bizə lazımdır, çünki biz Rusiya neftindən bu asılılıqdan qurtulmalıyıq”, - deyə siyasətçi fikirlərini yekunlaşdırıb.
Bundan əvvəl Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habek Almaniyanın Rusiyadan qaza tam embarqoya hazır olmadığını bildirmişdi.