İsveç Xarici İşlər naziri Ann Linda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Linda Avropa Birliyi kimi, İsveçin də PKK-nın terror təşkilatı olduğuna inandığını deyib.
Ölkənin baş diplomatı bu məsələdə yanlış anlaşıldıqlarını iddia edib:
“PKK-nı terror təşkilatı kimi təsnif etmədiyimiz doğru deyil. Əgər belə bir təəssürat olubsa, buna aydınlıq gətirilməlidir. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm”.
Prezident Ərdoğan bundan əvvəl verdiyi açıqlamada Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət baxmadığını bildirib. Türkiyə lideri hər iki ölkənin PKK terror təşkilatı ilə yaxın əlaqələrinə diqqət çəkib.