19 May 2022 17:05
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO ilə nüvə müharibəsi başlayacağı təqdirdə neçə ölkənin məhv olacağı Rusiyanı maraqlandırmır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov İsveç və Finlandiyanın NATO-ya üzv olmasını şərh edərkən deyib.

“İsveçlilər və finlər sadə bir şeyi başa düşməlidirlər: NATO ilə müharibə aparsaq, onlarla da birbaşa qarşıdurmada olacağıq. NATO ilə müharibə pilotsuz təyyarələrlə yox, nüvə silahları ilə olacaq. Fərqi yoxdur, neçə ölkəni məhv etmək lazımdır - 28 və ya 32”, - rusiyalı siyasətçi bildirib.

Juravlyovun sözlərinə görə, İsveç və Finlandiya anlamalıdır ki, Rusiyada hər şey kifayət qədərdir.

“ABŞ-da əhalinin sayı 300 milyondur, nəzəri olaraq orada sağ qalanlar ola bilər. Amma 5 milyon və ya bir az çox olan finlərin heç bir şansı yoxdur”, - deputat qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər