Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Conson ilə Ukraynaya hərbi yardımı müzakirə edib.
Teleqraf.com xəbər verir ki, yardım paketinə artilleriya, raketlər və pilotsuz təyyarələr daxildir.
Conson öz növbəsində bildirib ki, Britaniyanın Ukraynaya hərbi yardımı uzaqmənzilli artilleriya, “sahil-gəmi” raketləri və pilotsuz təyyarələrdən ibarət olacaq.
Liderlər danışıqlar zamanı Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərlə, o cümlədən ABŞ, Fransa və Almaniya ilə əməkdaşlığı aktivləşdirməyi vacib sayıblar.