“Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə çoxarvadlılığa qarşı fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, qərara əsasən İslama uyğun olaraq kişiyə eyni vaxtda dördə qədər arvad almağa icazə verilir.
Amma bu şərtlə ki, o, bütün həyat yoldaşlarına bərabər qayğı göstərmək imkanına malik olsun.
Ali dini lider bu şərtlərin bir çox hallarda pozulmasını əsas gətirərək kişiləri çoxarvadlılıqdan çəkinməyə çağırıb.