Böyük Britaniyada 8 yeni şəhər yaradılıb.
Teleqraf.com xəbər verir ki,ölkədə Kraliça II Elizabetin Platin Yubileyinin qeyd olunması şərəfinə səkkiz yeni şəhər yaradılıb.
Nazirlər Kabinetinin açıqlamalarına əsasən Folklend adalarının Stenli, Şimali İrlandiyanın Banqor, Şotlandiyanın Dunfermline, Uelsin Wrexham, Men Adasının bir hissəsi olan Duqlas, Kolçester, Donkaster və Milton Keyns yaradılan yeni şəhərlərdəndir.
Lankaster hersoqluğunun kansleri Stiv Barklay yeni şəhərlərin yerli icmaları gücləndirəcəyi və orada yaşayan insanlar üçün yeni imkanlar açacağını bildirb.