24 May 2022 16:30
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dan Ukraynaya daha çox ağır silahlar göndərilir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığından sonra deyib.

“ABŞ Dövlət katibi Entoni Blinkenlə danışıb Ukraynaya göstərdikləri sarsılmaz dəstəyə görə təşəkkür etdim. Rusiya Donbasda dağıdıcı hücumlarını davam etdirdiyi üçün Ukraynaya daha çox silah verilir, o cümlədən ağır silahlar göndərilir”, - Kuleba bildirib.

Onun sözlərinə görə, Ukraynanın ixracının qarşısının alınması və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi yolları da müzakirə olunub.

Bundan əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Avropa ölkələrindən olan həmkarları ilə Almaniyada keçirilən görüşdə Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri, reaktiv sistemlər, tanklar və döyüş sursatlarının verilməsi razılaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu