25 May 2022 13:17
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də Moskva meri Sergey Sobyanin “COVID amnistiyası” elan edib.

Teleqraf.com xəbər verir ki, amnistiyaya görə, iyunun 1-dən etibarən Moskvanın hakimiyyət orqanları koronavirus məhdudiyyətlərini pozduğuna görə tətbiq edilən, lakin ödənilməmiş cərimələri yığmayacaq.

Əvvəllər ödənilmiş cərimələri kompensasiya etmək üçün Moskva hökuməti vətəndaşlara və müəssisələrə subsidiyalar ödəyəcək. Səlahiyyətlilər təxminən 13,6 milyard rublun yığılmasını dayandıracaq və ya geri qaytaracaq.

“Ümumilikdə, Moskva hökuməti 13,6 milyard rublun yığılmasını dayandıracaq və ya kompensasiya edəcək ki, bu da sanksiyalar təzyiqi qarşısında biznes və moskvalılar üçün maddi dəstək olacaq”, - meriyanın bəyanatında deyilir.

Sergey Sobyanin qeyd edib ki, paytaxtda koronavirusla bağlı tədbirlər bir neçə aydır ləğv edilib, lakin əvvəllər qoyulmuş cərimələr yığılmaqda davam edir. “Bu gün başqa çağırışlar və problemlər var. Biz vətəndaşların real gəlirlərinin azaldığını görürük”, - deyə mer “Telegram-kanal”ında yazıb.


Müəllif: Səxavət